Xəbər verdiyimiz kimi, Goranboyda gənc oğlan qollarını kəsərək özünə xəsarət yetirib.
Rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Səmədovun sevdiyi qızla mübahisə etdiyi üçün bu yola əl atdığı məlum olub. Mübahisəyə səbəb qızın onu istəməməsidir.
Xatırladaq ki, o, ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.teleqraf.com