Türkiyənin Çanaqqala bölgəsində ikinci dəfə zəlzələ baş verib

Türkiyənin Çanaqqala bölgəsində bu gün ikinci dəfə zəlzələ baş verib. Türkiyə KİV-inə istinadən xəbər verir ki, ikinci yeraltı təkanlar 5 bal gücündə olub. İnformasiyaya əsasən, 58 dəfə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində bölgənin Yuxarıköy yaşayış məntəqəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib. Əyalətin Çamköy kəndində 4, Babkaledə 1, Koyunevində 1, Gükpınarda 7, Kızılkeçelidə 5, Tuzlada 4, Balabanlıda 2, Bademlidə 8 və Ahmetçidə 2 evə ziyan dəyib.Report

DİGƏR XƏBƏRLƏR

Top