Premyer Liqada növbəti qarşılaşma baş tutub


Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində növbəti qarşılaşma baş tutub.
Yeniavaz.com
xəbər verir ki, turun oyununda “Şamaxı” öz meydanında “Qəbələ” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən matç ev sahibi komandanın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Şamaxı”nın qollarını 11-ci dəqiqədə Ayman Bouali, 61-ci dəqiqədə isə Edqar Adilxanov vurub.
Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran Şamaxı təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 11 xalı olan “Qəbələ” isə 9-cu sırada qalıb.
Qeyd edək ki, XIII turun əvvəlki matçlarında “Şəfa” “İmişli”ni 3:1, “Neftçi” “Zirə”ni 1:0, “Turan Tovuz" “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top