Bu gün 13-cü turun daha iki oyunu keçiriləcək


Azərbaycan Premyer Liqasında bu gün 13-cü turun daha iki oyunu keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, turun üçüncü oyun günündə meydana dörd komanda çıxacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
13-cü turun sonuncu matçında isə “Qarabağ” və “Sumqayıt” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. “Azersun Arena”da oynanılacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

DİGƏR XƏBƏRLƏR

Top