Bundestaq Almaniyanın 2027-ci il üçün rekord büdcəsini təsdiq etdi


Bundestaq (Almaniya parlamenti) 556 milyard avro məbləğində xərcləri nəzərdə tutan 2027-ci il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, səsvermənin nəticələri parlamentin saytında dərc edilib.
Belə ki, 317 parlament üzvü sənədin lehinə, 260 parlament üzvü isə əleyhinə səs verib.
Səs verənlər arasında bitərəf qalan olmayıb.
Gələn il yeni borcların ümumi həcmi təxminən 210 milyard avro təşkil edəcək.
Müdafiə xərcləri üçün təxminən 140 milyard avro planlaşdırılır ki, bu da yenidən birləşmiş Almaniyanın tarixində mütləq rekorddur.
Almaniyanın 2027-ci il büdcəsində Ukraynaya kömək üçün 12 milyard avro ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top