
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmaq üçün Tehrana fürsət verdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Tramp bu barədə amerikalı hərbçilərlə Şükranlıq Günü münasibətilə keçirdiyi görüş zamanı danışıb.
O bildirib ki, Vaşinqton İran üzərində qələbəyə yaxındır:
“Qələbə artıq yaxındır. Açığını desəm, bu, mən istədiyim zaman baş verəcək”.
ABŞ Prezidenti qeyd edib ki, Ağ Ev İrana danışıqlar aparmaq imkanı verməyə davam edir:
“Biz nəzakətli davranmağa çalışırıq. Onlara razılaşma əldə etmək və çoxlu sayda insanın həyatını xilas etmək üçün bütün imkanları veririk. Lakin onların bundan istifadə edəcəklərinə əmin deyiləm”.
Tətbiqimizi yükləyə bilərsiniz