İsrail Qəzzada daha bir HƏMAS komandirini öldürdü


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS silahlı qanadının daha bir komandirini öldürüb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı baş verən hücumda HƏMAS-ın anklavın şimal hissəsindəki daxili təhlükəsizlik rəhbəri Əbu əl-Auf öldürülüb. 
Ordu xatırladıb ki, Əbu əl-Aufdan bir gün əvvəl İsrail HƏMAS hərəkatının daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim Əbu Nahalı zərərsizləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top