Amerikalıların 22 faizi Rusiyanı ABŞ-ın düşməni hesab edir

"YouGov" kompaniyası tərəfindən ABŞ-da keçirilən sorğu rusların amerikalılar tərəfindən sevilmədiyini ortaya çıxarıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, rəyi soruşulanların 22 faizi ABŞ-ın əsas düşməninin Rusiya olduğunu bildirib. Sorğuda iştirak edən hər üç nəfərdən biri isə Rusiyanı ABŞ-a dost olmayan ölkə adlandırıb. Sorğu zamanı Hillari Klintonun prezidentliyə namizədliyini dəstəkləyənlərin 39, Trampa səs verənlərin isə 10 faizi Rusiyanı ABŞ-a düşmən ölkə kimi dəyərləndirib. Rəyi soruşulanların yalnız 19 faizi Rusiyanı ABŞ-ın müttəfiqi və ya ona dost ölkə hesab etdiyini söyləyib. Yanvarın 28-i fevralın 1-arasında keçirilən sorğuda 1313 ABŞ vətəndaşı iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top