Rutte Trampla görüşəcək


NATO-nun baş katibi Mark Rutte ABŞ-yə səfər edəcək və orada Prezident Donald Trampla görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat NATO-nun yaydığı press-relizdə öz əksini tapıb.
“NATO-nun baş katibi Mark Rutte 24-25 noyabr tarixlərində ABŞ-nin Florida ştatına səfər edəcək. 25 noyabr çərşənbə günü baş katib Prezident Trampla onun Mar-a-Laqodakı iqamətgahında görüşəcək”, - press-relizdə deyilir.
Rutte həmçinin digər yüksək vəzifəli Amerika rəsmiləri ilə görüşlər keçirəcək.
Danışıqların mövzuları ilə bağlı məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top