Türkiyədə həbs edilən sabiq nazir ev həbsinə buraxıldı


Türkiydə həbs edilən sabiq ailə və sosial siyasətlər naziri, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini olmuş Fatma Betül Sayan Kaya ev həbsinə buraxılıb.
Yenivaz.com
“BirGün”ə istinadla xəbər verir ki, bəzi investisiya fondları və şirkətlərin səhmləri ilə bağlı aparılan şübhəli əməliyyatlar barədə açılan cinayət işi çərçivəsində noyabrın 6-də həbs edilən sabiq nazirin noyabrın 18-də huşunu itirdikdən sonra xəstəxanaya aparıldığı bildirilirdi.
Həmin tarixdə tibbi müdaxilədən sonra onun yenidən həbsxanaya qaytarıldığı qeyd olunurdu.
Xatırladaq ki, davam edən istintaq çərçivəsində, AKP sədr müavini vəzifəsində çalışdığı dövrdə Kayanın sözügedən əməliyyatlar vasitəsilə təxminən 2,2 milyard TL əldə etməsi iddiası ilə bağlı o və həyat yoldaşı İlyas Kaya noyabrın 6-da ifadə üçün prokurorluğa dəvət olunmuşdular.
Prokurorluq Fatma Betül Sayan Kayanın “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olma” və “Kapital Bazarları Qanununu pozma” ittihamları ilə həbs edilməsini tələb etmiş və onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
Kayanın həyat yoldaşı İlyas Kaya və Qiymətli Kağızlar üzrə Şuranın (SPK) keçmiş sədri İbrahim Ömer Gönül isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdlar.
Sözügedən “fond işi” ilə bağlı daha ətraflı buradan oxuya bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top