“Ukrayna ilə bağlı yeni müqavilələr üzərində iş gedir” – Melaniya Tramp


Vaşinqton Ukrayna böhranı ilə bağlı yeni sülh müqavilələri əldə etmək üçün işlərini davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.  
Belə ki, ona mümkün yeni müqavilələr barədə sual Milad ağacının Ağ Evə təhvil verilməsi mərasimində verilib.
“Biz bunun üzərində işləyirik”, - birinci xanım cavab verib.
Qeyd edək ki, noyabrın 20-də “Fox News” telekanalına verdiyi müsahibədə Melaniya Tramp Rusiya ilə Ukrayna arasında Qriqorian təqviminə görə 25 dekabra təsadüf edən Milad bayramına qədər yeni atəşkəs müqaviləsinin əldə olunacağına ümid etdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top