
UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah” və “Barselona” arasında keçiriləcək oyununun hakimləri məlum olub.
Yeniavaz.com UEFA-ya istinadla xəbər verir ki, oyunu şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FIFA referisi Nikolas Uolş olacaq. Ona həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin əyləşəcək.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz