Bəhlul Mustafazadə uzun fasilədən sonra yenidən meydana çıxıb


“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə uzun müddət davam edən zədə fasiləsindən sonra yenidən meydana çıxıb.
Yeniavaz.com
xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”lə keçirilən oyunda komandasının start heyətində yer alıb.
Qeyd edək ki, Bəhlul Mustafazadə fevral ayında UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirilən görüşdə zədələnib. Matçın 22-ci dəqiqəsində oyunu davam etdirə bilməyən futbolçu əvəzlənmişdi. Həmin vaxtdan yaşıl meydanlardan kənarda qalan müdafiəçi təxminən 10 aylıq fasilədən sonra yenidən “Qarabağ”ın heyətində meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top