“Neftçi” Premyer Liqanın liderliyinə yüksəlib


Azərbaycan Premyer Liqasının 12-ci turunda bu gün keçiriləcək iki qarşılaşmadan biri artıq başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, turun ilk oyununda Şamaxıda “Araz-Naxçıvan” və “Neftçi” komandaları üz-üzə gəlib. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə yüksəldən “Neftçi” turnir cədvəlinin zirvəsinə qayıdıb.
12-ci turun sonuncu matçında isə “Kəpəz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmaya böyük maraq var. Belə ki, 15 363 tamaşaçı tutumuna malik stadionda baş tutacaq oyun üçün satışa çıxarılan bütün biletlər qarşılaşmaya iki gün qalmış tükənib.

DİGƏR XƏBƏRLƏR

Top