Yeni “Evdə tək” filmi çəkiləcək – Makoley Kalkin də rol alacaq


“Disney” Makoley Kalkin, Set Roqen və Evan Qoldberqin rol alacağı yeni “Evdə Tək” filmi üzərində işə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, “Disney” hazırda filmin davamının hazırlanmasının ilkin mərhələsindədir.
Senari üzərində Set Roqen və Evan Qoldberq orijinal filmin ulduzu Makoley Kalkinlə birlikdə işləyirlər. Onlar filmi öz şirkətləri olan “Point Grey” vasitəsilə istehsal edəcəklər.
Filmin süjeti və aktyor heyəti haqqında məlumatlar hazırda gizli saxlanılır.
Qeyd edək ki, orijinal “Evdə Tək” filmi 1990-cı ildə nümayiş etdirilib. Filmdə doqquz yaşlı Kalkin Kevin Makkallister rolunu oynayıb. İkinci film iki il sonra 1992-ci ildə böyük ekrana çıxıb. Beş il sonra orijinal aktyor heyəti olmadan üçüncü film (1997) nümayiş etdirilib. Dördüncü və beşinci filmlər televiziya üçün çəkilib. Altıncı film isə ancaq “Disney+”da nümayiş olunub.
Xatırladaq ki, ötən yay Kalkin franşizaya qayıtmağı düşündüyünü və mümkün davam filmi ilə bağlı maraqlı ideyalarının olduğunu bildirmişdi. Həmçinin, aktyorun “McDonald's”ın Milad reklamında orijinal filmdəki yaşlı Kevin rolunda görünməsi də “Evdə Tək” filminin davamı ilə bağlı şayiələrin yenidən ortaya çıxmasına səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top