
ABŞ Ədliyyə Nazirliyinin əsas federal istintaq orqanı olan Federal Təhqiqat Bürosunun (FTB) Milli Cinayət Məlumat Mərkəzinə (NCIC) kiberhücum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Belə ki, NCIC verilənlər bazası axtarış orderi və digər məlumatlar da daxil olmaqla, ABŞ hüquq-mühafizə orqanları tərəfindən məlumat mübadiləsi aparmaq üçün istifadə olunur.
FTB faktla bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, bu, son aylarda FTB-yə qarşı həyata keçirilən ilk kiberhücum deyil. Sonuncu kiberhücum 2026-cı ilin sentyabrında baş vermişdi. O zaman FTB əməkdaşlarının şəxsi məlumatları hədəf alınmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz