
Bu ilin ilk 9 ayında Azərbaycana xarici ölkələrdən 1 milyon 10,22 min dollar dəyərində 439,76 ton dondurulmuş iribuynuzlu heyvan qaraciyəri idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, idxal edilən dondurulmuş iribuynuzlu heyvan qaraciyərinin 1 kiloqramının orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) 2,3 dollar (3,9 manat) təşkil edib.
Azərbaycan dondurulmuş iribuynuzlu heyvan qaraciyərini ən çox Polşadan idxal edib. Bu ölkədən Azərbaycana 341,58 ton məhsul gətirilib. Ən az idxal isə Çindən həyata keçirilib. Belə ki, Çindən 6,93 ton dondurulmuş qaraciyər gətirilib.
İdxal edilən dondurulmuş iribuynuzlu heyvan qaraciyərinin ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri aşağıdakı kimi olub:
Polşa – 341,58 ton (3,7 manat);
Belarus – 37,49 ton (5,6 manat);
İtaliya – 24,51 ton (4 manat);
Ukrayna – 15,04 ton (4,6 manat);
Braziliya – 14,21 ton (3,7 manat);
Çin – 6,93 ton (2,7 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz