Ən çox vergi borcu topdansatış ticarəti sahəsində yaranıb


Azərbaycanda dövlət büdcəsinə olan vergi borcları ilin əvvəlindən 939,3 milyon manat və ya 28,4% artaraq 4 milyard 248 milyon manata çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd olunub ki, 2026-cı il oktyabrın 1-ə olan məlumata görə, vergi borclarının 3 milyard 742,9 milyon manatı qeyri-neft-qaz sektorunun, o cümlədən 3 milyard 532,5 milyon manatı özəl sektorun payına düşüb.
Vergi borclarının 76,2%-i və ya 3 milyard 234,9 milyon manatı xüsusi mülkiyyətə mənsub vergi ödəyicilərinin hesabına yaranıb. Borcların sahələr üzrə bölgüsündə topdansatış ticarəti 851,5 milyon manatla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 844,5 milyon manatla ilk sıralarda yer alıb. Tikinti sektorunun borcu 380,2 milyon manat, pərakəndə ticarət sektorunun borcu isə 341,2 milyon manat təşkil edib.
Sənəddə diqqətə çatdırılıb ki, neft-qaz sektoru üzrə vergi borcları ilin əvvəli ilə müqayisədə 8,7 dəfə artaraq 505,1 milyon manata yüksəlib. Bu borcun 490 milyon manatı SOCAR və onun törəmə müəssisələrinin payına düşür.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top