“Yeni Konstitusiya qəbul olunsa, baş nazir vəzifəsinə namizədliyimi verməyəcəyəm”


“Gələn həftə Ermənistanın yeni Konstitusiyasının ilkin layihəsi dərc olunacaq”.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, xalqın yeni Konstitusiyanın qəbulunu rədd edəcəyi təqdirdə istefa verəcəyini bildirib.
“Əgər yeni Konstitusiya qəbul olunarsa, şəxsən mən baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Yəni referendumun nəticəsindən asılı olmayaraq. Müxalifət bu təklifi rədd edərsə, biz onları uzaqlaşdıracağıq. Eyni zamanda, xalq küçələrə çıxaraq referendumun nəticəsindən asılı olmayaraq mənim istefama nail ola bilər”, – Paşinyan əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top