İsrail parlamentinə yeni spiker seçildi


İsrail qanunvericiləri Baş nazir Benyamin Netanyahunun əleyhdarları düşərgəsindən parlamentə (Knesset) yeni sədr seçiblər.
Yeniavaz.com
xəbər verir ki, 120 qanunvericidən 66-sı Netanyahunun rəqibi Qadi Eysenkotun müttəfiqi, müxalif “Yaşar” Partiyasının üzvü Matan Kahanaya səs verib.
Netanyahunun “Likud“ partiyasından Ofir Katza isə 52 qanunverici səs verib.
İsrail parlamentində spikerlik əsas vəzifədir, çünki o, parlament gündəliyini müəyyən edir və təklif olunan qanun layihələri üzrə müzakirələri və ya səsvermələri sürətləndirə və ya ləngidə bilər.
Səsvermədən əvvəl təxminən yeddi saat davam edən və qızğın müzakirələrə səbəb olan debatlar keçirilib.
“Mən irqindən, dinindən və cinsindən asılı olmayaraq hər kəs üçün Knessetin spikeri olacağam”, - keçmiş xüsusi təyinatlı qüvvələr əsgəri 54 yaşlı Kahana səsvermədən dərhal sonra andiçmə nitqində bəyan edib.
Kahana parlament spikeri vəzifəsində 2022-ci ildən bəri bu vəzifəni tutan Netanyahunun müttəfiqi Əmir Ohananı əvəz edəcək.
Qeyd edək ki, parlament spikeri prezident öz vəzifələrini yerinə yetirə bilmədikdə dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra edir.

DİGƏR XƏBƏRLƏR

Top