“Mançester Siti” Holanı satmağa hazırlaşır – 175 milyon avro tələb edcək


“Mançester Siti” yayda hücumçusu Erlinq Holanı satmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.
Məlumata görə, klub 26 yaşlı hücumçunun mövsümün sonunda komandadan ayrılması ehtimalı üzərində işləyir.  
“Şəhərlilər” Holanın transferi üçün təxminən 175 milyon avro tələb etməyi nəzərdə tutur.
“Mançester Siti” maliyyə qalmaqalı fonunda Avropa yarışlarından kənarlaşdırılma və Premyer Liqadan düşmə riski ilə üzləşə biləcəyi üçün PSJ, “Liverpul”, “Barselona” və “Real Madrid” artıq Holanla maraqlanmağa başlayıb.
Üstəlik, “Mançester Siti” də artıq onun yerinə başqa bir oyunçu axtarır. Namizədlər arasında ötən mövsüm İngiltərə Premyer Liqasının bombardirlər siyahısında ikinci olan “Brentford”dan İqor Tyaqo da var. Digər potensial hücum variantı isə transfer qiyməti təxminən 75 milyon avro olan “Qalatasaray”lı Viktor Osimhendir.
Qeyd edək ki, Holan cari mövsümdə bütün turnirlər üzrə 14 oyunda 14 qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top