
ABŞ Senatındakı respublikaçılar 2027-ci maliyyə ilində Rusiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün 300 milyon dollar ayrılmasını təklif ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin 2027-ci maliyyə ili üzrə Xarici Əməliyyatlar və Əlaqəli Proqramların Səlahiyyətləndirilməsi Qanun layihəsində qeyd olunub.
Respublikaçıların nəzarətində olan Senatın Təxsisatlar Komitəsi tərəfindən təqdim edilən sənəddə Rusiyaya qarşı mübarizə məqsədilə xüsusi fonda 300 milyon dollar ayrılması nəzərdə tutulur.
Bundan başqa, qanun layihəsində İranı dəstəkləyən qüvvələrə qarşı mübarizə aparmaq üçün yeni fondun yaradılmasına 45 milyon dollar və İranda demokratiya və islahatların dəstəklənməsinə isə əlavə 55 milyon dollar ayrılması təklif edilir.
Qeyd edək ki, bu vəsaitlər 2027-ci maliyyə ili üçün nəzərdə tutulan büdcə təklifləri çərçivəsində təqdim olunub.
Tətbiqimizi yükləyə bilərsiniz