Kreml Rusiya, ABŞ və Çin liderləri arasında görüşün tarixini və vaxtını açıqladı


Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında görüş 19 noyabrda yerli vaxtla saat 14:30-da keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.  
Uşakov həmçinin bildirib ki, üçtərəfli görüş İkinci Dünya Müharibəsi və BMT-nin yaradılması dövründə ölkələr arasında qarşılıqlı anlaşma və müttəfiqlik üzərində qurulacaq.
“Gündəlik üzərində iş gedir, sizə onu da deyim ki, birgə bəyanatın mətni üzərində də iş gedir. O, necə deyərlər, ağır diplomatik iş və çətin məsləhətləşmələr yolu ilə yaranır. Anlaşma əldə edəcəyikmi? Ümid edirəm ki, belə olacaq”, - Uşakov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top