
Vəkil Elçin Əmirov polis tərəfindən saxlanıldığı bildirilir.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Vəkilin hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı qeyd olunub.
2 gün əvvəl isə hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil Raman Abışovun həbs ediliyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz