
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropadakı Amerika qoşunlarının sayını avropalı müttəfiqlərin ehtimal etdiyindən daha az azalda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
“Daha əvvəl Avropa ölkələri Vaşinqtonun qitədən 25 minədək hərbçini çıxaracağını düşünürdülər. Lakin hazırda daha kiçikmiqyaslı ixtisarın baş verəcəyi ehtimalı daha yüksək qiymətləndirilir”, - nəşr yazır.
Agentliyin həmsöhbətləri bildiriblər ki, Amerika administrasiyasının qərarına Vaşinqtonun NATO-nun avropalı müttəfiqlərinin müdafiə xərclərini artırmasını müsbət qiymətləndirməsi təsir edib. Bununla yanaşı, mümkün ixtisarın dəqiq miqyası hələ müəyyən edilməyib.
2Hazırda Avropada təxminən 80 min amerikalı hərbçi yerləşdirilib. Onların mövcudluğu Avropa müttəfiqlərinin müdafiəsi, o cümlədən NATO-nun şərq cinahında mümkün təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropa ölkələrindən hərbi xərcləri artırmağı və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımağı tələb edib. Vaşinqton hesab edir ki, avropalı müttəfiqlər müdafiəni daha fəal şəkildə maliyyələşdirməli və Amerika hərbi resurslarından daha az asılı olmalıdırlar.
Eyni zamanda, Rusiya ilə münasibətlərdə davam edən gərginlik və NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi zərurəti fonunda Amerika hərbi kontingentinin azaldılması Avropada narahatlıq doğurur”, - “Bloomberg” qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz