Paşinyandan Ermənistanın Aİ üzvlüyü ilə bağlı – Proqnoz


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olmasını istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir bu barədə o, Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutundakı çıxışında bildirib.
Belə ki, hökumət başçısına 20 ildən sonra necə bir Ermənistan gördüyü barədə sual verilib.
“Mən Ermənistanı Avropa İttifaqının üzvü kimi görürəm”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan 2027 və ya 2028-ci illərdə Avropa İttifaqına üzv olmaq üçün rəsmi ərizə təqdim etməlidir.
O həmçinin qeyd edib ki, İrəvan bir tərəfdaşla yaxınlaşmaq naminə digərindən uzaqlaşmağa can atmır.
Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top