
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem İspaniya klubu ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “Diario AS” nəşri məlumat yayıb.
Məlumata görə, 23 yaşlı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2031-ci ilin yayına qədərdir.
Yenilənmiş müqavilədə maliyyə vəziyyətinin yaxşılaşdırılması və yarımmüdafiəçinin maaşının artırılması nəzərdə tutulur ki, bu da iddialara görə, onun oyuna təsir səviyyəsinə və Joze Mourinyonun taktiki düzülüşlərindəki əsas roluna tam uyğundur.
Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayında “Borussiya Dortmund”dan 103 milyon avroya “Real Madrid”ə keçib. Yarımmüdafiəçi Madrid klubu ilə Çempionlar Liqasını, İspaniya çempionluğunu və UEFA Super Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz