
İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin direktoru Roman Qofman İranla davam edən münaqişəni Vaşinqton administrasiyasının rəsmiləri ilə müzakirə etmək üçün Vaşinqtona gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portal mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Qofmanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklifflə görüşdüyü bildirilir.
Onun həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla məsləhətləşmələr aparmaq üçün Florida ştatının Mayami şəhərinə səfər edəcəyi gözlənilir.
Portalın qeyd etdiyi kimi, İsrail Baş naziri Benyamin Netanyahunun ən etibarlı köməkçilərindən biri olan Roman Qoffmanın səfəri İsrail Baş nazirinin ABŞ Prezidenti Donald Trampa İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün təzyiq göstərdiyi bir vaxta təsadüf edir.
Tramp isə cümə axşamı bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə İranla münaqişədə daha sərt tədbirlər görməkdən çəkinir.
Tətbiqimizi yükləyə bilərsiniz