NATO XİN rəhbərlərinin görüşü keçiriləcək – Bu tarixdə…


Dekabrın 2-də NATO xarici işlər nazirlərinin planlaşdırılan görüşü keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş blokun Brüsseldəki qərargahında baş tutacaq.
“NATO xarici işlər nazirləri dekabrın 2-də NATO-nun qərargahında görüşəcəklər. İclasa baş katib Mark Rutte sədrlik edəcək”, - mətbuat xidməti bildirib.
Müzakirə mövzuları rəsmi olaraq açıqlanmayıb. Lakin diplomatik mənbələrin məlumatına görə, nazirlər Ukraynaya silah təchizatı, Avropada silah istehsalının genişləndirilməsi və Rusiyaya qarşı hərbi müqavimət planlarını müzakirə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top