
Bakının Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub.
Yeniavaz.com xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb.
Digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz