Tramp “Nvidia”nın baş direktoru vəzifəsinə onu təklif etdi


ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətinin keçmiş baş direktoru və idarə heyətinin sədri Tim Kuku “Nvidia” şirkətinin rəhbəri təyin etməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“İndi “Nvidia”nın möhtəşəm baş direktoru Censen Huanq istefa verdiyinə görə, onu əvəz edə biləcək yalnız bir nəfər var: “Apple”dan Tim Kuk. Əfsanə əfsanəni əvəz edəcək”, - Tramp bildirib.
Qeyd edək ki, bu gün Censen Huanq “Nvidia” şirkətinin baş direktoru və direktorlar şurasının üzvü vəzifəsindən istefa verib. Şirkət icraçı vitse-prezident və baş maliyyə direktoru Kolet Kressi müvəqqəti baş direktor təyin edib.

DİGƏR XƏBƏRLƏR

Top