
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin silahlı qüvvələrinə zərurət yarandığı təqdirdə coğrafi məhdudiyyət olmadan əməliyyatlar həyata keçirməyə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının baş müşaviri Məhəmmədrza Nəqdi bildirib.
Nəqdinin sözlərinə görə, müvafiq sərəncam İran hərbçilərinə qarşı tərəfin mümkün addımlarına cavab vermək üçün tam əməliyyat azadlığı yaradır.
“Düşmən ən kiçik bir səhvə yol versə belə, silahlı qüvvələrimiz zəruri hesab etdikləri dünyanın istənilən nöqtəsində buna adekvat cavab verə biləcəklər”, – deyə Nəqdi vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz