Rəsmi Tehrandan ABŞ dövlət katibinin dediklərinə reaksiya


“İranın ABŞ-yə ünvanladığı tələblər məntiqli və qanunidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarına münasibət bildirərkən deyib.
“Bu tələblər qanunsuz və ya məntiqsizdirmi? Məntiqsiz və təkəbbürlü olan danışıqların qızğın mərhələsində Amerikanın İrana hücum etməsidir”, – deyə Bəqayi brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Tehran istənilən danışıqlara başlamazdan əvvəl Vaşinqtondan qanunsuz sanksiyaları ləğv etməyi, dəniz blokadasına və müharibəyə son qoymağı tələb edir.
Bəqayi, həmçinin İranın iki günlük planının hələ də danışıqlar masasında olduğunu bildirib. O qeyd edib ki, Vaşinqton Tehranın tələblərini yerinə yetirərsə, Hörmüz boğazında təhlükəsizlik iki gün ərzində bərpa olunacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio İslam Respublikasının münaqişənin həlli ilə bağlı irəli sürdüyü tələbləri qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real adlandırıb.
Rubionun sözlərinə görə, aparılan danışıqlar elə də ciddi nəticə vermir.

DİGƏR XƏBƏRLƏR

Top