ABŞ-nin İsraildəki səfiri: “İranla müharibəyə qarşı çıxanlar Şeytanın təsiri altındadır”


ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İranla müharibəyə qarşı çıxan şəxsləri “Şeytanın təsiri altında” olmaqda ittiham etməsi ciddi narazılığa səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, səfirin açıqlaması sosial şəbəkələrdə, o cümlədən ABŞ-nin mühafizəkar dairələrində tənqidlə qarşılanıb. Bir sıra istifadəçilər Hakabinin bu sözlərinə görə tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Mayk Hakabi bu fikirləri israilli aparıcı Əmir Tsarfatinin təqdim etdiyi “The Anchor Podcast” verilişində səsləndirib.
Səfirin sözlərinə görə, Şeytan İranla müharibəni tənqid edən insanların “zehnini kor edib” və onların düşüncə tərzini ələ keçirib. O, hərbi əməliyyatlara qarşı çıxan şəxslərin “mənəvi qaranlıq” və “mənəvi korluq” içində olduğunu iddia edib. Müsahibənin müvafiq hissəsi həftəsonu sosial şəbəkələrdə geniş yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top