İran nüvə proqramı ilə bağlı ABŞ-yə təklif göndərdi


İran Qətər vasitəsilə ABŞ-yə nüvə proqramı ilə bağlı təklif göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı çəkilməyən yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat verib.
Agentliyin mənbəyi izah edib ki, bu təklif ancaq Amerika tərəfinin İranın daha əvvəl irəli sürdüyü yeddi tələbini yerinə yetirdiyi təqdirdə müzakirə mövzusu ola bilər.
Agentliyin məlumatına görə, Amerika tərəfi hazırda təklifi öyrənir, lakin təklifin konkret nədən ibarət olduğu hələlik məlum deyil.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalı xəbər vermişdi ki, Prezident Donald Tramp ABŞ Konqresi seçkilərindən sonra ilk iclasını İranla bağlı keçirib və hadisələrin inkişafı ilə bağlı üç ssenarini nəzərdən keçirib.

DİGƏR XƏBƏRLƏR

Top