
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil TV” internet televiziya platforması tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi kamera, avadanlıq və kabellərin satın alınması ilə bağlıdır.
Bildirilir ki, satın alınacaq mallar üçün 70 min 932 manat 75 qəpik vəsait ayrılıb.
Qeyd edək ki, satın alınacaq mallar bunlardır:
-Peşəkar tam kadr ölçülü (Full Frame) rəqəmsal foto/video kamera gövdəsi – 1 ədəd;
-4K keyfiyyətində video çəkilişi üçün əl stabilizatorlu (Gimbal) portativ kamera dəsti – 1 ədəd;
-Yüksək keyfiyyətli video çəkilişi üçün uçuş dronu dəsti, uzaqdan idarəetmə pultu və əlavə batareyalarla birlikdə – 1 ədəd;
-Video kameralar üçün 128 GB tutumlu SxS tipli yaddaş kartı – 2 ədəd;
-Fotoaparatlar üçün 128 GB tutumlu, V90 sürət sinifli, SDXC tipli yaddaş kartı, minimum 300 MB/s oxuma/yazma sürəti – 6 ədəd;
-SxS tipli yaddaş kartları üçün oxuyucu və yazıcı qurğu (Card Reader/Writer) – 2 ədəd;
-SD, Micro SD, MS və CF tipli yaddaş kartlarını dəstəkləyən, USB 3.0 interfeysli universal kartoxuyucu – 3 ədəd;
-SDI video kabeli, 30 metr uzunluğunda, hər iki ucu BNC konnektorlu – 1 ədəd;
-Audio kabel, 25 metr uzunluğunda, XLR Male – XLR Female konnektorlu – 2 ədəd;
-AA ölçülü təkrar doldurulan batareya – 60 ədəd;
-Peşəkar portativ 4K video kamera – 2 ədəd;
Məlumat üçün onu da bildirək ki, təxminən 10 gün əvvəl “Təhsil TV” daha bir tender müsabiqəsi elan edib.
Həmin tender müsabiqəsi çəkiliş kamerası və ona aid olan avadanlıqların satın alınması ilə bağlı olub. Bunun üçün isə 60 min 197 manat 70 qəpik vəsait ayrılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz