Rusiyanın bombaladığı Komışuvaxada ölənlərin sayı 53-ə çatdı


Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa şəhərində çoxlu sayda insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı axtarış əməliyyatı artıq beşinci gündür ki, davam edir.
Yeniavaz.com
xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar Xidməti bu gün səhər xilasedicilərin dağıntılar altından daha səkkiz cəsəd çıxardığını və bununla da ölənlərin sayının 50-yə çatdığını açıqlayıb.
Qısa müddət sonra Zaporojye regional hərbi administrasiyasının rəhbəri Mixail Semikinin “Telegram” kanalında ölənlərin sayının 53-ə çatdığı barədə mesajı dərc edilib.
Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya qüvvələri noyabrın 2-də Komışuvaxaya ən azı 9 idarəolunan bomba ilə zərbə endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın humanitar yardımın paylandığı məktəb binasını və sonra insanların qaldığı sığınacağı bombaladığını söyləyib.
3-5 noyabr tarixlərində Zaporojye bölgəsində matəm elan edilib.
Rusiya Komişuvaxinin bombalanması və çoxsaylı itkilərlə bağlı heç bir şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top