Taksinin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb – Bakı neçənci yerdədir?


Dünyanın müxtəlif şəhərlərində taksilərin minimum gediş haqqı üzrə göstəricilər açıqlanıb.
Yeniavaz.com
məşhur “Numbeo” portalına istinadən xəbər verir ki, taksilərdə minimum gediş haqqının ən yüksək olduğu şəhər Kayman adalarının Corc-Taun şəhəridir. Bu şəhərdə taksiyə minməyin minimum qiyməti 18,89 dollar təşkil edir.
İkinci yerdə Finlandiyanın Helsinki şəhəri (16,15 dollar), üçüncü yerdə isə Danimarkanın Olborq şəhəri (14,21 dollar) qərarlaşıb. Danimarkanın digər şəhəri Odense də eyni qiymətlə dördüncü sıradadır. İlk beşliyi Norveçin Bergen şəhəri 12,68 dollarla tamamlayır.
Taksinin minimum gediş haqqının ən aşağı olduğu şəhərlər arasında Tunisin paytaxtı Tunis ilk sırada qərarlaşıb. Burada minimum gediş haqqı cəmi 0,30 dollar təşkil edir.
Ən ucuz şəhərlərin ilk beşliyinə həmçinin Cənubi Afrika Respublikasının Pretoriya (0,30 dollar), Tunisin Sous (0,33 dollar), Hindistanın Mumbay (0,35 dollar), Misirin İsgəndəriyyə və Qahirə şəhərləri (0,37 dollar) daxildir.
Azərbaycanın paytaxtı Bakı isə 481 şəhərin yer aldığı siyahıda 325-ci sırada qərarlaşıb. Bakıda taksinin minimum gediş haqqı 2,06 dollar (3 manat 50 qəpik) göstərilib.
Bu göstərici Bakıda taksiyə minərkən hesablanan minimum gediş haqqını ifadə edir. Məsafədən asılı olaraq sonradan əlavə ödənişlər hesablanır.
Keçmiş SSRİ və qonşu ölkələrdə taksilərin minimum gediş haqqı aşağıdakı kimidir:
Tehran (İran) – 0,50 dollar
Daşkənd (Özbəkistan) – 0,84 dollar
Bişkek (Qırğızıstan) – 0,86 dollar
Düşənbə (Tacikistan) – 1,08 dollar
Almatı (Qazaxıstan) – 1,11 dollar
Astana (Qazaxıstan) – 1,11 dollar
Tbilisi (Gürcüstan) – 1,15 dollar
Batumi (Gürcüstan) – 1,15 dollar
Ankara (Türkiyə) – 1,30 dollar
İstanbul (Türkiyə) – 1,30 dollar
İrəvan (Ermənistan) – 1,39 dollar
Minsk (Belarus) – 1,68 dollar
Dnepr (Ukrayna) – 1,76 dollar
Bakı (Azərbaycan) – 2,06 dollar
Kiyev (Ukrayna) – 2,20 dollar
Kişinyov (Moldova) – 2,24 dollar
Riqa (Latviya) – 3,37 dollar
Vilnüs (Litva) – 3,37 dollar
Moskva (Rusiya) – 3,68 dollar
Tallinn (Estoniya) – 6,17 dollar


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top