
Turizm sahəsində ən yaxşı ölkələrin reytinqi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Dünya İqtisadi Forumunun (WEF) 2026-cı il üzrə Səyahət və Turizm İnkişaf İndeksində (TTDI) 110 ölkə və iqtisadiyyat qiymətləndirilib.
Reytinqdə Yaponiya 7 mümkün baldan 5,27 bal toplayaraq birinci yeri tutub. ABŞ 5,23 balla ikinci, İspaniya isə 5,22 balla üçüncü olub.
İlk beşlikdə, həmçinin Avstraliya (5,18 bal) və Fransa (5,17 bal) yer alıb.
Reytinq hazırlanarkən ölkələrin yalnız turist cəlb etmək imkanları deyil, həm də turizm infrastrukturunun vəziyyəti, nəqliyyat şəbəkəsi, dövlət siyasəti, təbii və mədəni sərvətləri, eləcə də turizmin dayanıqlı inkişafı üçün yaradılan şərait nəzərə alınıb.
İndeks 17 istiqamət üzrə 102 göstəricini əhatə edir. Qiymətləndirmə 1-dən 7-yə qədər balla aparılır. Bal yüksəldikcə ölkənin turizm sahəsində rəqabət qabiliyyəti də yüksək hesab olunur.
Azərbaycan 58-ci yerdə qərarlaşıb. Ölkəmiz 4,07 bal toplayaraq Filippinlərdən (4,08 bal) geri qalıb, Mavriki ilə isə eyni nəticəni göstərib. Azərbaycanın qonşularından Gürcüstan 40-cı (4,32 bal), Türkiyə 36-cı (4,37 bal), Ermənistan 72-ci (3,81 bal) yerdə qərarlaşıb. İran isə təqdim olunan siyahıda yer almayıb.
Reytinqdə Avropa ölkələri üstünlük təşkil edir. İlk 10-luqda İspaniya, Fransa, Almaniya, Birləşmiş Krallıq, İsveçrə və İtaliya olmaqla altı Avropa ölkəsi təmsil olunur. Bunun əsas səbəbləri regionda inkişaf etmiş nəqliyyat şəbəkəsi, turizm infrastrukturu və tarixi-mədəni məkanların çoxluğudur.
Asiya ölkələri arasında isə Yaponiya liderdir. Çin 8-ci, Cənubi Koreya 12-ci, Sinqapur 13-cü yerdə qərarlaşıb. Yaponiyanın yüksək nəticəsi inkişaf etmiş nəqliyyat sistemi, zəngin mədəni irsi və turizmin böyük şəhərlərdən kənar bölgələrdə də inkişaf etdirilməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, reytinqin sonuncu pilləsində Mali qərarlaşıb. Bu ölkə 2,75 bal toplayıb. Syerra-Leone 2,91 balla 109-cu, Kamerun isə 3,05 balla 108-ci olub.
Dünya İqtisadi Forumunun 2026-cı il üzrə turizmin inkişafı reytinqi aşağıdakı kimi olub:
Yaponiya – 5,27 bal
ABŞ – 5,23 bal
İspaniya – 5,22 bal
Avstraliya – 5,18 bal
Fransa – 5,17 bal
Almaniya – 5,09 bal
Birləşmiş Krallıq – 5,08 bal
Çin – 5,00 bal
İsveçrə – 4,97 bal
İtaliya – 4,93 bal
Portuqaliya – 4,91 bal
Cənubi Koreya – 4,90 bal
Sinqapur – 4,89 bal
Kanada – 4,85 bal
Avstriya – 4,72 bal
Danimarka – 4,70 bal
Niderland – 4,69 bal
İsveç – 4,68 bal
Finlandiya – 4,60 bal
İrlandiya – 4,57 bal
Yunanıstan – 4,57 bal
Birləşmiş Ərəb Əmirlikləri – 4,56 bal
İndoneziya – 4,56 bal
Belçika – 4,53 bal
Yeni Zelandiya – 4,51 bal
Malayziya – 4,50 bal
Lüksemburq – 4,46 bal
Polşa – 4,46 bal
Səudiyyə Ərəbistanı – 4,45 bal
Kipr – 4,43 bal
Hindistan – 4,42 bal
Braziliya – 4,41 bal
Malta – 4,41 bal
İslandiya – 4,40 bal
Çili – 4,39 bal
Türkiyə – 4,37 bal
Çexiya – 4,35 bal
Tayland – 4,35 bal
Bolqarıstan – 4,34 bal
Gürcüstan – 4,32 bal
Meksika – 4,31 bal
Macarıstan – 4,31 bal
Rumıniya – 4,31 bal
Estoniya – 4,30 bal
Sloveniya – 4,26 bal
Xorvatiya – 4,25 bal
Qətər – 4,23 bal
Argentina – 4,22 bal
Litva – 4,18 bal
İsrail – 4,18 bal
Kosta Rika – 4,16 bal
Vyetnam – 4,15 bal
Albaniya – 4,14 bal
Kolumbiya – 4,13 bal
Bəhreyn – 4,11 bal
Qazaxıstan – 4,09 bal
Filippinlər – 4,08 bal
Azərbaycan – 4,07 bal
Mavriki – 4,07 bal
Slovakiya – 4,04 bal
Cənubi Afrika – 3,99 bal
Oman – 3,98 bal
Misir – 3,97 bal
Peru – 3,96 bal
Panama – 3,96 bal
Dominikan Respublikası – 3,93 bal
Latviya – 3,89 bal
Serbiya – 3,89 bal
Şri-Lanka – 3,85 bal
Mərakeş – 3,84 bal
Uruqvay – 3,82 bal
Ermənistan – 3,81 bal
İordaniya – 3,80 bal
Tanzaniya – 3,70 bal
Laos – 3,69 bal
Özbəkistan – 3,69 bal
Keniya – 3,67 bal
Yamayka – 3,65 bal
Monqolustan – 3,64 bal
Ekvador – 3,64 bal
Şimali Makedoniya – 3,64 bal
Tunis – 3,62 bal
Bosniya və Herseqovina – 3,58 bal
Botsvana – 3,57 bal
Paraqvay – 3,56 bal
Nepal – 3,55 bal
El Salvador – 3,53 bal
Küveyt – 3,53 bal
Əlcəzair – 3,52 bal
Namibiya – 3,50 bal
Ruanda – 3,47 bal
Boliviya – 3,44 bal
Qırğızıstan – 3,44 bal
Qvatemala – 3,43 bal
Pakistan – 3,42 bal
Zambiya – 3,37 bal
Qana – 3,35 bal
Banqladeş – 3,34 bal
Seneqal – 3,29 bal
Nikaraqua – 3,28 bal
Zimbabve – 3,27 bal
Kot-d'İvuar – 3,26 bal
Honduras – 3,22 bal
Nigeriya – 3,20 bal
Anqola – 3,18 bal
Benin – 3,13 bal
Malavi – 3,08 bal
Kamerun – 3,05 bal
Syerra-Leone – 2,91 bal
Mali – 2,75 bal
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz