Sumqayıt İcra Hakimiyyəti “zibilxana”ları abadlaşdırmaq üçün 540 min manat xərcləyəcək


Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi fərdi “Safarı” MMC (VÖEN – 1505208751) olub.
“Safarı” MMC İcra Hakimiyyətinin tullantı yeşiklərinin yerləşdirilməsi üçün məntəqələrin abadlaşdırılmasını həyata keçirəcək və qarşılığında 540 min 265 manat 57 qəpik alacaq.
Qeyd edək ki, nizamanə kapitalı 10 manat olan “Safarı” MMC 2020-ci ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu Əsəd Əhmədov, ev 9, m. 170-də yerləşən MMC-nin qanuni təmsilçisi İsazadə İqbal Mirbaba oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top