
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyə arasında yaxın gələcəkdə diplomatik münasibətlərin qurulacağına əmin olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə 2026-cı ildə keçirilən III Dünya Erməni Sammitinin iştirakçılarının suallarını cavablandırarkən danışıb.
“Əlbəttə ki, Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar, amma əminəm ki, bu münasibətlər yaxın gələcəkdə bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin tanınması ilə qurulacaq. Düşünürəm ki, bu, qəbul etməli olduğumuz bir faktdır”, - Paşinyan deyib.
Tətbiqimizi yükləyə bilərsiniz