
ABŞ Prezidenti Donald Tramp haqqında şikayətlər almasına baxmayaraq, Pentaqon rəhbəri Pit Heqseti vəzifəsində saxlamaqda qərarlıdır.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə ABC telekanalının jurnalisti Conatan Karla müsahibəsində bildirib.
“Bilirsiniz, onunla bağlı zənglər alıram. Ancaq niyəsini başa düşmürəm. Mən onu vəzifədə saxlamaqda qərarlıyam”, - Tramp qeyd edib.
Qeyd edək ki, bundan əvvəl CNN telekanalı Kentukki ştatından Respublikaçı Konqresmen Tomas Massiyə istinadla ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının üzvlərinin Heqsetin vəzifədən kənarlaşdırılması üçün səsvermə təşəbbüsü ilə çıxış etdiklərini bildirmişdi. O, Konqres yenidən toplanan kimi Heqsetə qarşı impiçment qətnaməsi təqdim etmək niyyətində olduğunu qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz