Zelenski Trampın həyat yoldaşını təltif etdi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli Knyaginya Olqa ordeni ilə təltif edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam noyabrın 4-də Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Mükafat Melaniya Trampın Ukraynaya humanitar dəstək göstərilməsində şəxsi töhfəsinə, eləcə də ukraynalı uşaqlara və vətəndaşlara yardım məqsədilə həyata keçirdiyi hüquq müdafiə və xeyriyyəçilik fəaliyyətinə görə verilib.
Qeyd edək ki, ABŞ-nin birinci xanımının təşəbbüsü ilə Xerson vilayətinin Oleşki şəhərinin sakinlərinin təxliyəsi üçün humanitar missiya təşkil olunub.
Missiya oktyabrın 30-da, bundan bir həftə əvvəl Melaniya Trampın dəstəyi ilə əldə olunmuş atəşkəs rejimi şəraitində həyata keçirilib. Noyabrın 2-də Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova tərəflərdən heç birinin həmin rejimi pozmadığını təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top