Son 15 ildə AÇG yatağında neft hasilatı 101 milyon barel azalıb – Siyahı


Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından birlikdə 87 milyon barel (12 milyon ton) və ya gündə orta hesabla 320 min barel neft hasil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat 2,2% və ya 2 milyon barel azalıb.
15 il əvvəllə – 2012-ci ilin ilk 9 ayının nəticəsi ilə müqayisədə AÇG-də hasilat 2 dəfədən çox və ya 100,7 milyon barel azalıb.
Bu ilin ilk 9 ayında gündəlik hasilat – “Çıraq” plantformasında 18 000, “Mərkəzi Azəri”də 84 600, “Qərbi Azəri”də 72 000, “Şərqi Azəri”də 45 700, “Dərinsulu Günəşli”də 46 700, “Qərbi Çıraq”da 25 300 və ACE-də 26 900 barel olub.
2026-cı ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 154 neft hasilat quyusu və 61 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (35,30%), MOL (9,57%) (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib), İNPEKS (9,31%), “EksonMobil” (6,79%), TPAO (5,73%) və “ONGC Videş Limited” (OVL) (2,92%) şirkətləridir.
Qeyd edək ki, son bir ildə Yaponiyanın İTOÇU şirkəti AÇG layihəsindəki 3,65%-lik payını SOCAR-a sataraq layihəni tərk edib.
Son 15 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top