İspaniyada “Tenerife” futbolçusunun ölümü ilə bağlı araşdırma başladı


İspaniya Milli Polisi “Tenerife” futbol klubunun hücumçusu Xesus de Migelin ölümü ilə bağlı araşdırmaya başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Dia” qəzeti məlumat yayıb.  
Məlumata görə, istintaq həm meydanda, həm də futbolçunun xəstəxanaya yerləşdirilməsindən sonra hadisənin bütün detallarını müəyyən etməyi hədəfləyir.
Nəşrin bildirdiyinə görə, iş məhkəməyə göndərilib.
Digər tərəfdən, “Andorra” qapıçısı Xesus Ovononun Xesus de Miqelin ölümünə səbəb olan qəzaya görə səkkiz oyundan on iki oyuna qədər diskvalifikasiya edilə biləəcəyi bildirilir.
Qeyd edk ki, noyabrın 2-də Xesus de Migel İspaniyanın ikinci liqasında ev oyunu zamanı ”Andorra” qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürək dayanması keçirib. “Tenerife” oyunçusu huşunu itirib və tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb və çərşənbə axşamı orada ölüb.
Qeyd edək ki, Xesus de Migelin 30 yaşı var idi. O, 2025-ci ilin yayından bəri “Tenerife”də oynayırdı. Bundan əvvəl o, bir neçə İspaniya klubunda da oynamışdı.

DİGƏR XƏBƏRLƏR

Top