
ABŞ Prezidenti Donald Tramp əgər o dövrdə Amerika lideri olsaydı, Vyetnam müharibəsində cəmi bir həftəyə qalib gələ biləcəyi iddia edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə aralıq konqres seçkiləri ərəfəsində Ayova ştatında respublikaçı tərəfdarları üçün keçirilən mitinqdə bildirib.
“Vyetnam müharibəsi 21 il davam etdi, minlərlə, yüz minlərlə insan öldürüldü. Mən isə Vyetnam müharibəsində bir həftəyə qalib gəilərdim”, - deyə o, qeyd edib.
O həmçinin, qeyd edib ki, amerikalılar Ho Şi Min şəhərini hədəf almaq əvəzinə illərlə meşələrə zəhərli “Agent Orange” defoliantı səpiblər.
Tramp eyni zamanda Əfqanıstandakı müharibədə də çox qısa bir vaxtda qalib gələ biləcəyini iddia edib.
Qeyd edək ki, Vyetnam müharibəsi (1955-1975) 20-ci əsrin ikinci yarısının ən böyük hərbi münaqişələrindən biri olub. O, ölkənin ən böyük şəhəri olan Sayqonun (1976-cı ilə qədər Ho Şi Min şəhəri belə adlanırdı) Vyetnam Xalq Ordusu tərəfindən Cənubi Vyetnam qüvvələrindən azad edilməsi ilə başa çatıb. Belə ki, Sayqon ABŞ ordusu tərəfindən dəstəklənən Cənubi Vyetnam qüvvələrinin mərkəzi olub.
Tətbiqimizi yükləyə bilərsiniz