
Almaniya çempionu “Bavariya”nın belçikalı baş məşqçisi Vensan Kompani bir neçə günlük müayinə və müalicədən sonra xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bayern & Germany” nəşri məlumat yayıb.
Klubun idman direktoru Maks Eberl bildirib ki, o, müvafiq reabilitasiya mərhələsinə başlayacaq.
Məlumata görə, 40 yaşlı mütəxəssisə beyin qişalarının qıcıqlanması diaqnozu qoyulub. Məhz bu səbəbdən Kompani bir neçə gün əvvəl məşq zamanı huşunu itirib. Bu hal əzələ qıcolmaları ilə müşayiət olunub.
Kompaninin nə vaxt işə qayıdacağı hələ məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz