ABŞ 5 gün sonra İranla müharibəni bərpa edə bilər – AP


ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə və bir neçə gün ərzində İslam Respublikasına zərbələr endirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Yaxın Şərqdəki müttəfiqlərini belə bir ehtimal və mümkün vaxt çərçivəsi barədə məlumatlandırıb.
“Lakin region rəsmiləri ABŞ-nin hücumu halında İranın cavab zərbələri endirəcəyini gözləyirlər. Bu səbəbdən hərbi əməliyyatlar daha uzun müddət davam edə bilər.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hələlik hərbi əməliyyatların bərpa olunması ilə bağlı yekun qərar verməyib”, - nəşr yazır.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti də mənbələrə istinadən oxşar məlumat yayıb. Məlumata görə, Vaşinqton bir neçə Fars körfəzi ölkəsini Konqresə aralıq seçkilərindən sonra İrana qarşı “qısamüddətli və intensiv hərbi kampaniya” başlada biləcəyi barədə xəbərdar edib.

DİGƏR XƏBƏRLƏR

Top