Çıxışı 11 saniyə çəkdi


ABŞ dövlət katibi Marko Rubio Texasda Prezident Donald Trampın mitinqində 11 saniyə davam edən qısa nitq söyləyib.
Yeniavaz.com
xəbər verir ki,  bu barədə “The Hill” qəzeti məlumat yayıb.
“Mənim üçün dünyanın ən böyük ölkəsi, Amerika Birləşmiş Ştatları tarixinin ən böyük prezidenti üçün işləmək böyük şərəfdir. Biz səni sevirik, Texas. Təşəkkür edirəm”, - deyə Rubio Tramp onu səhnəyə dəvət etdikdən sonra bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti özü də seçki kampaniyası tədbirlərində natiqlərin qısa danışmasını xoşladığını bildirib. Onun sözlərinə görə, çünki bəzən onlar kürsüyə qalxır, 10 dəqiqə danışırlar.

DİGƏR XƏBƏRLƏR

Top