
Azərbaycanda doğulandan gözlənilən ömür uzunluğu 77,1 il təşkil edir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qadınlarda bu göstərici 79,3 il, kişilərdə isə 74,9 ildir.
Şəhər və rayonlar üzrə göstəricilərə əsasən, gözlənilən ömür uzunluğunun ən yüksək olduğu rayon Sədərək, ən aşağı olduğu rayon isə Ağdam rayonudur.
Təqdim olunan məlumatlara görə, Sədərək rayonunda gözlənilən ömür uzunluğu 88,05 il təşkil edir. Sədərəkdən sonra ən yüksək gözlənilən ömür uzunluğu Ağdərədə (83,35 il), Abşeronda (82,75 il), Culfada (81,25 il) və Ordubadda (80,30 il) qeydə alındığı bildirilir.
Paytaxt Bakıda gözlənilən ömür uzunluğu 78,35 il təşkil edir və qadınlarda bu göstərici 80,4 il, kişilərdə isə 76,3 ildir.
Gözlənilən ömür uzunluğu ən aşağı olduğu rayonlar sırasında Ağdam rayonu 73,45 illə ilk yerdədir. Şirvan şəhərində bu göstərici 73,80 il, Naftalan şəhərində 73,90 il, Siyəzən rayonunda 74,20 il, Salyan rayonunda isə 74,40 il təşkil edir. Mingəçevir şəhərində də gözlənilən ömür uzunluğu 74,20 ildir.
Məlumatlardan görünür ki, gözlənilən ömür uzunluğunun ən yüksək olduğu Sədərək rayonu ilə ən aşağı göstəriciyə malik Ağdam rayonu arasında 14,6 il fərq var.
Azərbaycanın şəhər və rayonlarında gözlənilən ömür uzunluğu aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz